Professor Petra Moog: “EE-KEY-AZ çərçivəsində tələbələr fərqli məkanda bilik və bacarıqlarını artıra biləcəklər”

03 NOYABR 2016 | VIEWS:
1420

Almaniyanın Siegen Universitetinin professoru Petra Moog Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Siegen Universitetinin birgə reallaşdırdığı “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsindən danışıb. Siegen Universitetinin rəsmi saytına (http://www.uni-siegen.de) bu haqda danışan xanım Petra Moog qeyd edib  ki, yeni layihə həm iqtisadi, həm də elmi baxımdan çox maraqlı işdir. Onun sözlərinə görə, layihənin ilk mərhələsində UNEC-in müəllim və tələbələri Siegen universitetində təşkil edilən Qış Məktəbində (Winter School) iştirak ediblər. Petra Moog əlavə edib ki, “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərivəsində tələbələr fərqli məkanda bilik və bacarıqlarını artıra biləcəklər və bu layihə gələcək əmakdaşlıq üçün yeni imkanlar açacaq

1421 1