irada_qaniyeva_xariciQəniyeva İradə Yasin qızı

1977-ci ildə anadan olmuşdur.

1994-cü ildə Bakı şəhərindəki 171 N-li orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dillər Universitetinin İngilis dilinin filologiyası fakültəsinə daxil olmuşdur.

1998-ci ildə Azərbaycan Dillər Universitetini ingilis dili ixtisası üzrə bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-2002-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi kimi çalışmışdır.

2003-cü ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasında ingilis dili müəllimi işləmişdir.

2014-cü ildə UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimi vəzifəsinə təyin olunmuşdur.

İngilis və amerikan təlimçilərinin universitet müəllimləri üçün təşkil etdiyi ixtisasartırma və təkmilləşdirmə kurslarında aktiv iştirak edərək sertifikatlar almışdır.

2014-cü ildə AMEA-nın Dilçilik İnstitutunun dil nəzəriyyəsi ixtisası üzrə qiyabi doktorantı olmuşdur. Dissertasiya mövzusu ilə bağlı yerli və xarici jurnallarda bir çox elmi məqalələr nəşr etdirmişdir.

 

*

sert44ок sert33ок sert22мок serttмок