biz_kifayatQuliyeva Kifayət Nazim qızı

6 noyabr 1960-cı ildə Azərbaycan Respublikası Mirbəşir (hazırki Tərtər) rayonunda anadan olmuşdur.

1967-1977-ci illərdə Mirbəşir rayon 1 №-li orta məktəbində təhsil almışdır.

1982-ci ildə qırmızı diplomla Bakı Maliyyə-Kredit Texnikumunu;
1990-cı ildə N.A.Voznisenski adına İqtisadiyyat Universitetinin Bakı filialını bitirmişdir.

1982-ci ildən Dövlət Bankı Mirbəşir rayon şöbəsində iqtisadçı;
1985-ci ildən 1996-cı ilədək baş iqtisadçı vəzifəsində çalışmışdır.

1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində mühasib işləmişdir.

2001-ci ildən “Biznesin təşkili” kafedrasında baş laborant;
2003-cü ildən “Biznes inzibatçılığı” kafedrasında müəllim vəzifəsində çalışır.

“Biznesin təhlükəsisliyi”, “Səhmdar cəmiyyət”, “Biznes işinin təşkili”  dərsliklərinin tərcümə edilməsində, “Biznesin təşkili və idarə edilməsi”, “Biznesin əsasları” dərsliklərinin yazılmasında yaxından iştirak etmişdir.

Evlidir, iki övladı var.