mustafayeva_esmira_texnr.ü.f.d. Mustafayeva Esmira Musaifovna

11 noyabr 1987-ci ildə Rusiya Federasiyası Stavropol vilayətinin Stepnov rayonunda anadan olmuşdur.

1994-2005-ci illərdə Bakı şəhəri, Nizami rayonu 109 saylı məktəbdə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə bakalavr təhsili, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə magistr təhsili almışdır.  Magistraturanı fərqlənmə diplomu ilə bitirib 2011-2014-cü illərdə həmin universitetin fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsində təhsilini davam etdirmişdir.

2012-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılan tyutor kursunu fərqlənmə diplomu ilə bitirmiş və 2012-2017-ci illərdə Bakı Dövlət Universitetinin Magistratura və Doktorantura şöbəsində I dərəcəli akademik məsləhətçi (tyutor) vəzifəsində çalışmışdır. Eyni zamanda DİM ( keçmiş TQDK) Tələbə Məzun Sisteminin onlayn bazasında operator vəzifəsini icra etmişdir.

30.11.2016-cı ildə namizədlik dissertasiya işini müdafiə etmiş və 11.05.2018-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

*

20 sentyabr 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.

Elmi-pedaqoji fəaliyyətini əks etdirən 7 dərc olunmuş elmi məqalənin və 1 konfrans materialının müəllifidir.

Ailəlidir, bir qızı var.*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

esmira_texn_foto

E.Mustafayeva UNEC NEWS-da