Radio UNEC-də dinləyin: UNEC-lə əməkdaşlıq uğurlu olacaq

03 OKTYABR 2017 | OXUNUB:
400

anar_5410Radio UNEC-in qonaqları Moskva Dövlət Humanitar İqtisadi Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov və Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın Təhsil və Elm Komitəsi sədrinin I müavini Oleq Smolin olublar.

Rus İqtisad Məktəbinin dekan müavini Anar Eyyubovun suallarını cavablandıran qonaqlar UNEC ilə MDHİU arasında imzalanan inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşmasının əhəmiyyətindən bəhs ediblər. İnklüziv ali təhsilin önəmindən danışan qonaqlar bu istiqamətdə Moskva Dövlət Humanitar İqtisadi Universitetinin Rusiyada yeganə ali təhsil ocağı olduğunu diqqətə çatdırıblar.

Qonaqlar UNEC-də həyata keçirilən layihələri və müasir texnologiyaların tətbiqini müsbət qiymətləndiriblər. UNEC-lə əməkdaşlığın uğurlu olacağına əminliklərini vurğulayıblar.

Verilişin səs yazısını təqdim edirik: 

 

401 1