Radio UNEC-in yeni layihəsi – “DISKURS.AZ”

06 MAY 2016 | OXUNUB:
820

Radio UNEC-də “Diskurs.az”adlı yeni layihəyə start verilib.

Veriliş “Diskurs.az” virtual iqtisadi forumunda həftə ərzində ən çox oxunan və müzakirə edilən Həftənin məqaləsinə həsr ediləcək.

Verilişin aparıcısı UNEC-in Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadədir. İlk verilişin qonağı UNEC eksperti Elşən Bağırzadə olub. E.Bağırzadənin “İntellektualın cəmiyyətinə yadlaşması “beyin axını”ndan daha təhlükəlidir” məqaləsi verilişin əsas müzakirə mövzusu olub.

Veriliş hər həftənin cümə axşamı saat 15.00-da efirdə olacaq.

Radio UNEC-i dinləmək üçün

Qeyd: UNEC-də Azərbaycanın və dünyanın tanınmış iqtisadçılarını bir platformada toplayacaq “diskurs.az” virtual iqtisadi forumu layihəsinə start verilib. Layihənin məqsədi ən aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.

821 1