Radio UNEC təqdim edir: “Tələbələr imtahanda”

30 DEKABR 2016 | OXUNUB:
854

Radio UNEC-də “Tələbə imtahanda” verilişinin ilk buraxılışı efirə gedib. Tələbə-aparıcılar Seymur İlhamla Sədaqət Məmmədlinin tədimatında yayımlanan verilişdə məqsəd 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının gedişatı barədə dinləyicilərə ətraflı məlumat verməkdir. Verilişdə tələbələr imtahan sonrası təəssüratlarını bölüşəcək, qarşılaşdıqları problemləri müzakirəyə çıxaracaqlar.

“Tələbə imtahanda” verilişinin ilk qonağı UNEC-in tələbə-rektoru Şahin Həsənov olub. Verilişdə UNEC-də qış imtahan sessiyasının təşkili, tələbələrin hazırlıq səviyyəsi və digər bu kimi məsələlər müzakirə edilib. Verilişin səs yazısını təqdim edirik.

855 2