TƏLƏBƏ REKTOR haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) tələbə rektoru universitetin əyani təhsil alan  tələbələri arasından (IV kurs və yuxarı – istisnadır) bir il müddətinə seçilir. 

Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. Tələbə rektor ictimai əsaslarla çalışır.

Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, UNEC-in Elmi Şurasının və digər struktur bölmələrinin fəaliy­yə­tində, eləcə də tələbələrin maraqlarını əhatə edən  məsələlərin müza­ki­rə­sinin və qərarların  qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.

Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə ye­ti­rir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraq­la­rı­nı digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir.

2016-cı ilin mayından 2017-ci ilin mayina kimi tələbə rektor Şahin Həsənov, 2017-ci ilin mayından 2018-ci ilin iyun ayına kimi  Cabbar Hüseynli, 2018-ci ilin iyunundan 2019-cu ilə kimi Elmir Sadıqov, 2019-cu ilin noyabrından Cavidan Adilzadə olub. 2021-ci ilin dekabr ayında Cabbar Cəlilov seçkilərdə qalib gələrək Tələbə Rektor seçilmişdir. *

ƏSASNAMƏ
*

Lələtəpə fatehləri ilə görüş – VİDEO (07.04.2017)