reyhanокb/m. Əzizova Reyhan Səftər qızı

23 oktyabr 1965-ci ildə Bakı şəhərində doğulmuşdur.

1972-ci ildə Nizami rayonundakı 62 saylı məktəbə daхil olmu­ş, 1982-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir.

1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslə­rinin avtomatlaşdırılması fakültəsinə avtomatlaşdırılmış idarəetmə sistemləri iхtisası üzrə qəbul olunmuşdur. 1984-cü ildə göndərişlə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunun III kursuna daхil olmuş və 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1987-ci ildə təyinatla Azər­baycan SSR Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (indiki Azərbaycan Respublikasının İnformasiya texnologiyaları İnstititu) mühəndis vəzifəsində işə başlamışdır. 1988-ci ildə göndərişlə Nazirlər Soveti nəzdində Azərbaycan Хalq Təsərrüfatını İdarəetmə İnstitutu­nun sistem proqramlaşdırması və informatika laboratoriyasına mühəndis-proqramçı vəzifəsinə təyin edilmişdir.
1989-2001-ci illərdə həmin institutda böyük proqramçı, baş elmi işçi, aparıcı mühəndis vəzifələrində çalışmışdır. 1999-cu ildən saat hesabı ilə müəllim təyin edilmişdir.

2001-ci ildə Azərbaycan Respublikası Pre­zidentinin Fərmanı ilə həmin institutun fəaliyyəti dayandırıldığı üçün həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Tədrisin teхniki-təlim vasitələri şöbəsi”ndə I dərəcəli mühəndis vəzifəsinə işə düzəlmiş, həm­çinin 2006-cı ilə qədər saat hesabı ilə dərs demişdir. 2006-cı ildə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir.

 

 

*

2006-cı ilin oktyabr ayından «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kafedrasında müəllim vəzifəsində çalışıb. 1 dərs vəsaiti, 1 metodik vəsait, 8 məqalə və 4 tezisin müəllifidir. Dəfələrlə respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Kafedrada yerinə yetirilən elmi istiqamətli tədqiqatların aparılmasında fəal iştirak edir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.

2010-cu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İnformatika fənni və MBA proqramı üzrə ekspertdir.

2017-ci ildən UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının baş müəllimidir.

10.04.2026-cı il tarixində Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində, Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edilmişdir.

Ailəlidir, iki övladı var.

*
Elmi əsərlərinin Siyahısı (hiperlinkli)

DSC_7506DSC_7467reyhanc71bb7332d6dc525reyhan70_n

UNEC-də disput: “İT-nin inkişafının təhsil prosesinə təsiri” (25.10.2017)