rovsan_4048i.e.d., prof. Rövşən Quliyev

1957-ci il fevralın 14-də Ağdam şəhərində anadan olmuşdur.

1963-cü ildə Ağdam şəhər 1 saylı məktəbdə orta təhsilə başlamışdır. 1964-cü ildən Bakı şəhər 190 saylı məktəbdə təhsilimi davam etdirmiş,
1973-cü ildə həmin məktəbdə orta təhsilimi başa vurmuşdur.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin fakültəni qırmızı diplomla bitirmişdir.

1978-ci ildə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna təyinat almışdır. Həmin ildə stajor-tədqiqatçı qismində SSRİ EA Hesablama Mərkəzinə göndərilmişdir. 1980-ci ildə həmin mərkəzdə aspiranturaya daxil olmuş və 1984-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş və həmin ildə  fizika-riyaziyyat elmləri namizəd elmi dərəcəsi almışdır.

1984-2000-ci illərdə Moskvada SSRİ KTE Akademiyasının Kənd Təsərrüfatı Kibernetika İnstitutunda (1994-cü ildən Rusiya KTE Akademiyasının Aqrar Problemlər və İnformatika İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
2005-ci ildə həmin institutda doktorluq dissertasiya müdafiə etmişdir. İqtisad elmləri doktoru, professordur.

.    İş yerləri:

  • 2000-2004: «НПО Каскад-М» SC, şöbə müdiri (Moskva).
  • 2004-2006: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, şöbə müdiri (Bakı).
  • 2008-2013: Azərbaycan Universiteti, müəllim, professor (Bakı).
  • 2013-2014: Azərbaycan Dövlət Pedaqoji Universiteti, kafedra müdiri (Bakı).
  • 2014-2015: Müstəqil İqtisadi Model Assosiasiyası Beynəlxalq Təşkilatı, layihə koordinatoru (Moskva).
  • 2015 aprel – 2015 may: Azərbaycan ET Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutu, baş elmi işçi (Bakı.)
  • 2015 may – 9.10.2021 Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini.

Rovsen-Quliyev_271020DSC_2394DSC_6495arasdirma_rovshan2c138f6818652c74d171rovshan12

 

UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən Nobel dinləmələri yekunlaşıb (08.11.2016)

Azərbaycan iqtisadiyyatı: gələcəyə optimist baxış (01.02.2016)

Dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin yumşaldılması yolları UNEC-də müzakirə edilib (29.01.2016)

9118 1