UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli onlayn iclasının EŞ 172 №-li qərarının icrasını təmin etmək məqsədilə 07.09.2020-ci il tarixindən
“Rus dili” kafedrası ləğv edilərək “Xarici dillər” kafedrasına birləşdirilmişdir.

*
“Rus dili” kafedrasının xəbərləri UNEC NEWS-da

IMG_5921 (2)DSC_2443DSC01548DSC_9029rus_dili868290139_n

UNEC-də interaktiv rus dili dərsi (14.11.2017)
Rus İqtisad Məktəbində görüş
 (06.11.2017)
UNEC-də interaktiv rus dili dərsi
 (26.10.2017)
UNEC alimi beynəlxalq konfransda müasir dərs modelindən danışıb
 (26.05.2017)
UNEC-də interaktiv ekskursiya-dərs (17.03.2017)
UNEC tələbələri Litva universitetində Xocalı faciəsindən danışıb (24.02.2017)
Elmi-metodik seminar: “Rus dilinin tədrisində innovasiyalar və texnologiyalar” (01.02.2017)
UNEC tələbələri beynəlxalq olimpiadada iştirak ediblər (27.04.2016)
Türkiyə təcrübəsi UNEC-də (15.04.2016)
Rus dili kafedrasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib (03.12.2015)

IMG-20170629-WA0007IMG-20170629-WA0009???????????????????????????????DSC01313rus11zeynab8887d642f960385

11812 1

Kafedra haqqında

“Rus  dili” kafedrası müstəqil kafedra kimi 1972-ci ildən Azərbaycan Xalq  Təsərrüfatı İnstitutunun nəzdində fəaliyyətə başlamışdır.

Kafedraya müxtəlif vaxtlarda p.e.n., dos. A.B.Kazımova (1972-1979), p.e.n., dos. N.H.Abdulzadə (1979-1984), f.e.n., dos. A.N.Klimova (1984-1988), f.e.n., dos. S.M.Allahverdiyeva (1988-1991), p.e.d., prof. S.S. Mirzəyev (1991-2001), p.e.n., dos. N.T.Vəliyeva (2001-2006), baş müəllim Ə.T.Hacıyev (2006-2008)  rəhbərlik etmişlər. 2008-ci ildən 2020-ci ilə kimi kafedraya f.ü.f.d., dosent Rzayeva Gülnarə Namik qızı rəhbərlik edib.

Kafedra struktur baxımından Biznes inzibatçılığı fakültəsinin tərkibində olsa da, öz funksiyasına görə ümumuniversitet  kafedrası hesab olunur, çünki tədris etdiyi “Rus dili” və “İşgüzar yazışmalar” fənnləri  bütün fakültələrin bakalavr pilləsinin I, II kurslarında, eyni zamanda magistratura pilləsinin I kurslarında tədris olunur.

“Rus dili” kafedrasının əsas və başlıca məqsədi rus dilinin xarici dil kimi tədrisinin keyfiyyətinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsidir. Bu məqsədlə dərslərdə müəllimlər tərəfindən  müasir dövrün tələbinə uyğun olaraq innovativ  təlim metodlarından (sinkveyn, klaster, beyin həmləsi, qərarlar ağacı və s.), İKT vasitələrindən istifadə edilir.

UNEC-də rus dilinin xarici dil kimi tədrisi əlifbadan başlayır, həmçinin bu dilin qrammatikası öyrədilir,   danışıq, oxu və yazı kimi nitq fəaliyyətinin növləri inkişaf etdirilir. Kafedra əməkdaşları tərəfindən  tədris olunan fənlərlə bağlı dərs vəsaitləri, tövsiyələr, proqramlar hazırlanıb nəşr etdirilmişdir. Kafedranın əməkdaşları həmçinin dərs vəsaitlərinin rus dilindən Azərbaycan dilinə tərcümə etmişlər: N.D.Brovkina «Основы финансового контроля»;. V.A.Qalanov «Рынок ценных бумаг»; N.M.Sabitova, M.Y.Orlova, Ç.M.Şavaleyeva «Государственный финансовый контроль».

Kаfеdrаnın  nəzdində «Русское слово» klubu fəаliyyət göstərir. Bu klubdа rus dilinə maraq göstərən  tələbələrlə rus dilində iqtisаdiyyаtın müхtəlif sаhələrinə аid mövzulаrdа diskusiyаlаr аpаrılır, tələbələrin şifаhi nitqi dаhа dа inkişаf еtdirilir. Tələbələrimiz  Rusiyada kеçirilən fənn оlimpiаdаlarında iştirаk еtmiş və I,II,III dərəcəli diplomlarla təltif olunmuşlar.                                                                                    

IMG-20171103-WA0011IMG-20171103-WA0027IMG-20171103-WA0029

 

Tədris olunan fənlər:

“Rus dili-1”, “Rus dili-2” (azərbaycan bölməsi)
“İşgüzar yazışmalar”  (rus bölməsi)

*

Kafedranın  müəllimləri Beynəlxalq konfranslarda (Kalmık Dövlət Universitetində,  Türkiyə universitetlərində), I Beynəlxalq Mövlana müəllim mübadilə proqramında iştirak etmişlər.

Kafedra tərəfindən «Azərbaycan Dövlət İqtisad Universitetində rus dilinin tədrisinin təkmilləşdirilməsi yolları» («Пути совершенствования обучения русскому языку в Азербайджанском Государственном Экономическом Университете») istiqamətində elmi-tədqiqat işləri aparıl­ır .

gulnara076819af0d34e11f2a707c36rus_dili472929353_n

 

 

 

 

 

 

 

*