Rusiyalı professor Radio UNEC-də

01 FEVRAL 2017 | OXUNUB:
997

Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova Radio UNEC-in qonağı olub. UNEC-in Rus İqtisadiyyat Məktəbinin dekan müavini, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Anar Eyyubovun qonağı olan Y.Şubenkova “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans barədə təəssüratlarını bölüşüb.

Konfransın ikinci günündə UNEC-lə tanış olmaq imkanı əldə etdiyini bildirən qonaq universitet haqqında da danışıb. UNEC-də tətbiq edilən Elektron Universitet Modeli, differensial əməkhaqqı sistemi barədə müsbət rəylərini bildirib.

Y.Şubenkova UNEC-də imtahan sessiyasının gedişi ilə də tanış olduğunu qeyd edib. Mərkəzləşmiş test imtahan sistemini çox şəffaf və obyektiv hesab edən qonaq, UNEC təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. 

Verilişin videogörüntüsünü təqdim edirik.

998 2