“SABAH” tələbələri bu il də üstünlüyü UNEC-ə veriblər

05 NOYABR 2015 | VIEWS:

Noyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov yeni tədris ilində SABAH qrupuna yeni qəbul olunan tələbələrlə görüşüb.

Rektor bildirib ki, tələbə sayına görə SABAH qruplarına UNEC liderlik edir. Prioritetimiz UNEC-i dünya səviyyəli universitetə çevirməkdir deyən rektor bu istiqamətdə görülən işlərdən və qarşıya qoyulan məqsədlərdən danışıb. Təhsildə innovasiyanın tətbiqinin əhəmiyyətini vurğulayaraq, “Elektron universitet” layihəsi barədə məlumat verib. Rektor tələbələrə keyfiyyətli və əmək bazarının tələblərinə cavab verən biliklər verməyin prioritet olduğunu bildirib. Bu məqsədlə aparılan islahatlardan söz açaraq, xaricdə təhsil alan kadrların UNEC-ə cəlb edilməsindən danışıb. Bildirib ki,ötən tədris ilində universitetə 121  müəllim cəlb edilib. Onlardan 68-i Amerika, Avropa və Kanadada təhsil alan gənclərdir.

Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor tələbələri mübadilə proqramlarında iştirak etməyə çağırıb. Ə.Muradov UNEC-də tələbə təşəbbüslərinin reallaşmasına geniş şərait yaradıldığını bildirib. Bu məqsədlə yaradılan İnnovativ Biznes İnkubator haqda məlumat verərək, tələbələrə öz startap layihələrini burada reallaşdırmağı məsləhət görüb. Eyni zamanda asudə vaxtlarınıdaha səmərəli keçirmələri üçün UNEC-in Yaradıcılıq mərkəzinin və Radio UNEC-in imkanlarından yararlanmağa səsləyib.

Sonda rektor tələbələr maraqlandıran sualları cavablandırıb. SABAH tələbələri əsasən xaricdə təhsil və karyera imkanları ilə maraqlanıblar, özünü inkişafla bağlı təkliflərlə çıxış ediblər. Tələbələr ingilis dilində təhsil aldıqlarına baxmayaraq, SABAH qruplarında dövlət dilinin də yüksək səviyyədə tədris olunduğundan məmnunluqlarını bildiriblər.

Qeyd: Yeni tədris ilində SABAH qruplarına 264 tələbə qəbul olunub. Ümumilikdə isə UNEC-in SABAH qruplarında 483 tələbə təhsil alır.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno