1-DSC_0525 - копияdos. Səmədzadə Elşad Ziyad oğlu

1974-cü ildə Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbə daxil olub.

1991-ci ildə həmin məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.

1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

1996-cı ildə İqtisad Universitetinin aspiranturasının əyani şöbəsinə daxil olub.

1999-cu ildə aspiranturanı əla qiymətlərlə bitirib.

2000-ci ildə «Bankların idarəetmədə rolu və onun səmərəliliyi problemləri» mövzusunda dissertasiya müdafiə edərək «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2000-ci ildən İqtisad Universitetinin «Bank işi» kafedrasının müəllimi vəzifəsində işləməyə başlayıb.

2008-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışıb.

*

2000-2012-ci illərdə Azərbaycan Respublikası satınalmalar üzrə dövlət agentliyinin «İş və xidmətlərin satınalmasının tənzimlənməsi və şikayətlərə baxılması» şöbəsinin, «İqtisadi təhlil və nəzarət» şöbəsinin müdiri vəzifələrində çalışıb.

2016-cı ildə Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü seçilib.

Hazırda İqtisad Universitetinin «Maliyyə və maliyyə institutları» kafedrasının dosentidir.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir.

40-dan çox elmi əsərin müəllifidir.
*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
*

1-DSC_05221-DSC_0520semedzade222

UNEC müəllimi “2030-cu ilədək Rusiyanın iqtisadi inkişaf strategiyası”nın müzakirəsində iştirak edib (16.12.2016)
UNEC dosenti Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü seçilib (17.11.2016)