İnnospace Klubu

Zərifə Əliyeva

UNEC-in Maliyyə və mühasibat fakültəsinin II kurs 486-cı  qrup tələbəsi

*

InnoSpace Klubu, tələbələrin yaradıcılığını və innovativ düşüncə tərzini təşviq edən bir təşkilatdır. Klubun məqsədi tələbələrin kreativ və texnoloji sahələrdə ideyalarını inkişaf etdirmək, onları startap və biznes layihələri üzərində işləməyə təşviq etməkdir. Klub, innovasiyanın və təşəbbüskarlığın gücləndirilməsi üçün müxtəlif təlimlər və praktiki fəaliyyətlər təşkil edir.