UNEC tələbələri “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgidə (26.11.2018)
UNEC-də “Qalxan və Qılınc” sənədli filmi təqdim olundu (19.10.2018)

UNEC tələbələrindən nümunəvi addım (18.12.2017)
Fərhad Bədəlbəylidən UNEC kollektivi üçün unudulmaz gün
 (08.12.2017)
“UNEC Kuboku – 2017”yə start verilir
 (21.09.2017)
UNEC tələbələri Heydər Əliyev Mərkəzində
 (02.05.2017)
UNEC-in əcnəbi tələbələri “Güllələnmiş heykəllər” abidəsi qarşısında
 (18.04.2017)
UNEC tələbələrindən xeyriyyə aksiyası: “Qan ver, yaşat!”
 (17.04.2017)
Universitetlərarası intellekt birinciləri – UNEC tələbələri
 (02.02.2017)
UNEC Qadınlar Şurası Bakı “SOS uşaq kəndi”ni ziyarət edib
 (14.09.2016)

DSC_1020DSC_1082DSC_1060 ???????????????????????????????  DSC_3472 DSC_3471

*
UNEC-də “Aprelin dörd günü” tamaşası nümayiş etdirilib

Azərbaycan Dövlət İqtisad Universitetndə (UNEC) Şuşa Dövlət Musiqili Dram Teatrının “Aprelin dörd günü” adlı tamaşası nümayiş etdirilib. Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr edilən tamaşa 4 gün davam edən döyüşlər zamanı Azərbaycan ordusunun göstərdiyi şücaətdən bəhs edir. 45 dəqiqədavam edən tamaşada Azərbaycan və Türkiyə şairlərinin şeirlərindənistifadə edilib. Əməkdar artist Loğman Kərimovun təxəyyülünün məhsulu olan səhnə əsəri gənclərə vətənpərvərlik ruhunun aşılanması üçün nəzərdə tutulub. Tamaşa UNEC tələbələrinin marağına səbəb olub.

DSC_2069DSC_2073DSC_2105DSC_2110DSC_9495DSC_9503

*
UNEC tələbələri Təhsil muzeyində olublar

Fevralın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tələbələri Təhsil muzeyində olublar.
Tələbələr muzeydə elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillərlə tanış olublar. Nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işlərinə baxış keçiriblər.
Tələbələrə muzeydəki qədim tarixə malik “Qurani-Kərim” haqqında məlumat verilib. Xeyriyyəci Hacı Zeynalabdin Tağıyev üçün yaradılan guşə tələbələrin marağına səbəb olub.

IMG-20160201-WA0092 IMG-20160201-WA0031  IMG-20160201-WA0016 IMG-20160201-WA0009

 

UNEC kollektivi bayramı ahıllarla birlikdə keçirib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi və tələbələri ilin son istirahət gününü Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarla birlikdə keçirib.

UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçən görüşdə çıxış edən universitetin rektoru, professor Ədalət Muradov ahılları 31dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər ifa ediblər. Ahıllar UNEC kollektivini və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.

Sonda ahıllar tələbələrə yeni başlayacaq qış imtahan sessiyasında uğurlar arzulayıb.

DSC_2236 DSC_2255 DSC_2280 DSC_2285 DSC_2343DSC_2283

*

UNEC tələbələri məktəblilərə seminar keçib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin “Ekologiya” ixtisası üzrə təhsil alan tələbələri N.Nərimanov rayonundakı 37 saylı orta məktəbin şagirdlərinə “Ümumi ekologiya” movzusunda seminar keçiblər. “İqtisadçı Tələbələrə Dəstək” ictimai birliyinin ekoloji qrupunun tələbələrinin apardıqları seminar şagirdlər tərəfindən maraqla qarşılanıb.

Seminarda mövzu ilə bağlı müsabiqə də təşkil olunub. Şagirdlər müsabiqədə fəal iştirak ediblər.

Sonda şagirdləri ekoloğiya mövzusunda maraqlandıran suallar UNEC tələbələri tərəfindən cavablandırılıb.

Tədbir UNEC-in “Ətraf mühitin muhafizəsi” kafedrasının müəlliməsi Afaq Hacıyevanın rəhbərliyi ilə keçirilib.

IMG_2046 IMG_2015 IMG_1980 IMG_1927 IMG_1932

*

UNEC əməkdaşları SOS uşaq kəndini ziyarət ediblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qadınlar Şurasının üzvləri  Qurban bayramı munasibətilə SOS uşaq kəndini ziyarət ediblər.

UNEC-in dosenti, YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova uşaq kəndində yaşayan anaları və onların tərbiyə etdikləri uşaqları UNEC rəhbərliyi adından Qurban bayramı münasibətilə təbrik edib.Onlara təhsildə və cəmiyyət həyatında uğurlar arzulayıb.

Sonra uşaq kəndinin sakinlərinə bayram sovqatı təqdim olunub.

unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed*

*
Futzalın qalibi bəlli oldu (30.03.2015)

UNEC-də Novruz bayramına həsr olunan rəsm sərgisi keçirilib (19.03.2015) 

UNEC əməkdaşları müharibə və əmək əlillərini ziyarət ediblər (17.03.2015)    

UNEC-də Xocalı faciəsi qurbanlarına abidə ağacı ucaldılıb (25.02.2015)

11295 1