Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və  İstirahət Kompleksi   inşa edilmişdir. Kompleks universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

101234567891112131415161720

21610 3

Kompleks haqqında

1969-cu  ildə əsası qoyulmuş Azərbaycan Dövlət  İqtisad Universitetinin  (UNEC)Tədris, İdman  və İstirahət Kompleksi ölkəmizin dilbər guşələrindən biri olan  Quba  rayonunun  II  Nügədi  kəndində, füsunkar və gözəl təbiətə malik  bir ərazidə yerləşir. Kompleks  altı hektardan artıq bir ərazini  əhatə edir. Kompleksin böyük  bir hissəsini  çeşidli meyvələrlə  zəngin meyvə bağı  təşkil edirsə, digər tərəfdən  dağ  yamacında  yerləşən yaşıl  meşə zolağı  göz oxşayır. İstər istəməz  bu mənzərə  Kompleksə  qədəm  qoyan hər bir insanda xoş əhval ruhiyyə oyadır , onların  təbiət qoynunda rahat istirahət etməsinə xüsusi stimul yaradır. Kompleksin yerləşdiyi ərazi Quba rayon mərkəzindən 7 km, gözəlliyi ilə hər kəsi valeh edən Çənlibel gölündən isə cəmi 3 km məsafədə yerləşir.Univeristet müəllimlərinin və tələbələrinin sevimli əyləncə mərkəzinə çevrilən idman sarayında  voleybol zalı, üzgüçülük  hovuzu,  fitnes salonu fəaliyyət göstəriri. Həmçinin ərazidə müasir standartlara cavab verən mini futbol meydançası da kompleksi ziyarət edən qonaqların ən çox sevdiyi məşğuliyyət yerlərindən biridir. Xüsusilə 960 yerlik tamaşaçı tutumuna  malik olan voleybol zalı  müasir standartlara  cavab  verməklə bərabər, ölkəmizin barmaqla sayıla biləcək müasir idman qurğularından biridir. Heç təsadüfi deyil ki adıçəkilən voleybol salonu dəfələrlə voleybol və futzal üzrə ölkə çempionatlarının oyunlarına ev sahibliyi etmişdir.  İstirahət və tədris məqsədilə Kompleks ərazisində hər cür rahatlığa malik standart və lüks kateqoriyalı 70 nömrədən ibarət  otel binası,  müxtəlif toplantılar  təşkil etmək üçün 200 nəfərlik  iclas zalı, qonaqları hər cür qidalanma ilə təmin edə bilən yeməkxana, tədris məqsədilə müasir avadanlıqlarla təmin edilmiş  yeddi auditoriya və sinif otaqları qonaqlarnın xidmətindədir.

Kompleks artıq uzun müddətdir UNEC əməkdaşlarının və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədris sahəsində müxtəlif  daxili və beynəlxalq tədbirlərin və təlimlərin yüksək səviyyədə təşkil edilməsi ənənə halını almışdır. İclas zalımız və auditoriyalarımız müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Təlimlər beynəlxalq və ölkə daxilində tanınmış və təcrübəli mütəxəssislər tərəfindən aparılır.

Hər il istirahətlərini Qubada keçirmək istəyən UNEC əməkdaşları üçün burada əlverişli şərait yaradılır. Onlar gündə üç dəfə isti və soyuq yeməklə təmin edilir, rayonun görməli yerlərinə səyahətləri təşkil edilir,asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli və musiqili proqramlar tərtib edilir. Bir sözlə şəhərin səs küyündən uzaq,sakit guşədə və təmiz havada istirahət edən univeristet əməkdaşlarımız üçün bu kompleksin yeri əvəzsizdir.

Kompleksdə beynəlxalq standartlara uyğun qurulan idman bölməsi vardır. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.

Kompleksin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır.

Burada beş min kv.m-dən çox əraziyə asfalt örtüyü döşənmişdir.