Tələbə Elmi Cəmiyyətinin sədriE-mail: [email protected]
Telefon:+(994) 12 497-58-71
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
TEC haqqında ümumi məlumat *Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir. TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:
-Tələbə Elmi Cəmiyyətinin sədri -Tələbə Elmi Cəmiyyətinin sədr müavini -Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə sədrləri -Tələbə Elmi Cəmiyyətinin departament direktorları -Tələbə Elmi Cəmiyyətinin katibi -Tələbə Elmi Cəmiyyətinin kafedra elmi-dərnəkləri üzrə koordinatoru
Departamentlər:
1. İnformasiya texnologiyaları departamenti
İnformasiya texnologiyaları departamenti tələbələr üçün İT sahəsində müxtəlif təlimləri təşkil edir, TEC-nin sosial şəbəkələrdə səhifələrinə nəzarəti təmin edir.
2. Beynəlxalq əlaqələr departamenti
Beynəlxalq əlaqələr departamenti tələbələrin xarici konfranslarda, seminarlarda, liderlik məktəblərində və forumlarda iştirakını təmin edir.
3. Layihələr departamenti
Layihələr departamenti tələbələrin layihələrinin həyata keçirilməsini, elmi-tədqiqat işlərinin düzgün aparılmasını təmin edir.
4. İctimaiyyətlə əlaqələr departamenti
İctimaiyyətlə əlaqələr departamenti KİV-lə əlaqə qurur, keçirilmiş tədbirlər haqqında materialları TEC səhifəsində yerləşdirir və tələbə konfranslarının materiallarının çap olunmasını təmin edir.
5. İnsan resursları departamenti
İnsan resursları departamenti tələbələrin keçirilən layihələrə, tədbirlərə,treninqlərə, elmi seminarlara cəlb olunmasını təmin edir.
6. Təlim departamenti
Təlim departamenti tələbələrin asudə vaxtlarından düzgün istifadə etməsi məqsədi ilə onların və Tələbə Elmi Cəmiyyəti İdarə heyətinin maraq dairələrinə uyğun olaraq onlara faydalı təlimlər təşkil edir.