UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı
Aynur Səfərova Murtuza

E-mail: [email protected]
Telefon: +(994) 12 492 59 03 (extension: 1060)
Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

 

 

Təşkilat inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmə işlərini həyata keçirir, həssas qrupa daxil olan tələbələr üçün sosial və akademik mühitin yaradılmasına dəstək göstərərək bərabər təhsil imkanlarının təmin olunmasına diqqət yetirməyi nəzərdə tutur.

UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı təhsil alan bütün gənclərin, o cümlədən həssas kateqoriyaya aid gənclərin inkişafını və innovasiya sahəsində iştirakını təmin etməklə məşğul olan, təhsil müəssisəsinin ictimai həyatında inklüziv fəaliyyətin artırılması, həssas tələbələrin intellektual potensiallarının inkişaf etdirilməsi, onların universitet həyatına və cəmiyyətə adaptasiyasının dəstəklənməsi, ideya və təkliflərinin dəyərləndirilməsi, maraqlarının müdafiə edilməsi eləcə də sosial problemlərin həlli üçün aktiv fəaliyyət göstərən tələbə təşkilatıdır.