Kafedra müdiri: b/m. Akbulaev Nurkhodzha (ict. əsas.)Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (IV korpus) |
UNEC gənclərin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir (“525-ci qəzet” – 26.01.2017)
UNEC müəllimləri dünyanın nüfuzlu tədqiqatçıları ilə bir sırada (16.01.2017)
UNEC alimləri Beynəlxalq Sülh Tədqiqatları Assosiasiyasına üzv seçiliblər (06.12.2016)
TARİXİMİZ
“Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq, habelə tədrisdə və təhsildə keyfiyyətin artırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.01.2013 tarixli, 09/3 No-li qərarı ilə “Türk dünyası işlətmə” fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası yaradıldı. “İqtisadiyyat və işlətmə” kafedrası 01.02.2013-cü il tarixindən etibarən fəaliyyət göstərir.
Yarandığı ilk gündən 2014-cü ilin aprel ayınadək kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dos. Gəray Cümşüd oğlu Musayev rəhbərlik etmişdir. 2014-2017-ci illərdə kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dos. Fariz Saleh oğlu Əhmədov rəhbərlik edib. 09.10.2017-ci ildə Yusif Nadim oğlu Əliyev, 29.12.2019-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, dos. Oqtay Qulu oğlu Quliyev kafedra müdiri vəzifəsinə təyin olunub. 27.01.2023-cü ildə kafedraya rəhbərlik b/m. Nurkhodzha Akbulaevə həvalə edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və İşlətmə” kafedrasının akademik heyətini professor, dosent, köməkçi dosent və dotorantura təhsillərini xarici ölkələrdə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir.
MƏRAMIMIZ (VİZYONUMUZ)
Özünün müasir, yenilənən təhsil və idarəçilik metodları ilə universitetimizi dünya arenasında ön sıralara çıxarmaq üçün yalnızca ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da sayılıb seçiləcək, beynəlxalq rəqabətə davamlı, keyfiyyətli dərslər tədris etmək, ölkənin sosial və iqtisadi həyatına tövhələr verəcək, eyni zamanda beynəlxalq əhəmiyyətli araşdırmalar apararaq Azərbaycanın, universitetimizin və kafedramızın adını yüksəldə biləcək liderlik keyfiyyətlərinə malik akademik heyətə sahib kafedra olmaqdır.
MİSSİYAMIZ
Müasir dünyada baş verən yeniliklərə uyğun olaraq, yenilənən texnologiyalardan, idarəetmə və təhsil metodlarından istifadə edərək, cəmiyyətə faydalı, öz sosial məsuliyyəttini dərk edən, hüquq və vəzifələrini bilən, etik dəyərlərə qarşı həssas, cəmiyyətdə düşüncəsi və davranışları ilə fərqlənəcək, eyni zamanda karyerada qazandığı bilik və təcrübələri istifadə edərək yüksələn, liderlik və idarəçilik bacarıqlarına sahib, yaradıcı, yeniliyə açıq, daima özünü inkişaf etdirən fərdlər yetiştirmək üçün keyfiyyətli dərslər tədris etmək, ölkəmizin iqtisadiyyatına və təhsilinə tövhə verəcək akademik araştırmalara imza atan, yazdığı məqalə və kitablarla həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınan bir akademik heyətə sahib olmaqdır.
STRATEJİ MƏQSƏDİMİZ
Kafedramız elm sahəsində öz fəaliyyəti ilə seçilən, dövlət və özəl sektorun bugünki və gələcək ehtiyaclarını qarşılayan istedadlı kadrlar yetişdirilməsində müasir təhsil metodlarından istifadə etməyi, ölkəmizin inkişafına öz tövhəsini verməyi, əldə etdiyi yeni bilik və təcrübələrini tələbələrimizlə paylaşaraq keyfiyyətli və rəqabət qabiliyyətli təhsil verməyi qarşısına məqsəd qoymuşdur.
STRATEJİ HƏDƏFLƏRİMİZ
*
DƏYƏRLƏRİMİZ
Kafedramızın təməlində bizi özünəməxsus edən və digər kafedralardan fərqləndirən əsas cəhət dəyərlərimizdir. İllər keçsə də, bu dəyərlərə sadiq qalaraq onların işığında gələcəyə doğru irəliləməkdəyik.
Kafedranın təşkilat komitəsində yer aldığı beynəlxalq elmi konfranslar
*
DƏRS MƏLUMAT FORMALARI (SYLLABUS)
Biznesin təşkili və idarə edilməsi Turizm və otelçilik Beynəlxalq münasibətlər
. (İşletme) (Turizm ve otelcilik) (Uluslararasi ilişkiler)
*
İxtisaslar:
Biznesin təşkili və idarəedilməsi (Bakalavr-Magistratura)
Beynəlxalq münasibətlər(Bakalavr-Magistratura)
Turizm və Otelçilik (Bakalavr-Magistratura)
*
Tədris Olunan Əsas Fənlər:
İqtisadiyyat (İktisat)
İşletme (Biznesin idarə edilməsi)
Maliye (Maliyyə)
Muhasebe (Mühasibat)
Pazarlama ( Marketinq)
Kamu yönetimi (Dövlət və bələdiyyə idarəetməsi)
Uluslararası Ticaret ve lojistik ( Beynəlxaq ticarət və lojistika)
*
*