Təkrar ali təhsil

Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.

Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil və orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxs­lərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.

Təkrar ali təhsil üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.

Mərkəzdə 2021-2022-ci tədris ili üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təkrar ali təhsilə qəbul həyata keçirilir:

050406 Maliyyə

050409 Mühasibat

050405 İqtisadiyyat

050401 Beynəlxalq ticarət və logistika

050410 Statistika

050408 Menecment

050404 Dövlət və bələdiyyə idarəetməsi

050402 Biznesin idarə edilməsi

050407 Marketinq

050807 Sosial iş

050504 Ekologiya

050616 İnformasiya texnologiyaları

050615 İnformasiya təhlükəsizliyi

050509 Kompüter elmləri

050638 Sənaye mühəndisliyi

050606 Ekologiya mühəndisliyi

050635 Qida mühəndisliyi

050622 Maşın mühəndisliyi

050623 Materiallar mühəndisliyi

050619 Kommunikasiya sistemləri mühəndisliyi

050607 Elektrik və elektronika mühəndisliyi

050306 Dizayn (sahələr üzrə)

 

UNEC-in  Zaqatala filialı üzrə

050406 Maliyyə

050405 İqtisadiyyat

050409 Mühasibat

050408 Menecment

050616 İnformasiya texnologiyaları

050402 Biznesin idarə edilməsi

050407 Marketinq

050810 Turizm işinin təşkili

 * 

Təkrar ali təhsilə qəbul olunan tələbələr öz seçimləri əsasında əyani və ya qiyabi təhsilalma formasında təhsillərini davam etdirirlər.

10806 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser