stan_foto_mahamadalitex.e.d., prof. Nuriyev Məhəmmədəli Nurəddin oğlu

24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olub.

1969-1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980-1982-ci illərdə hərbi xidmətə qulluq edib.

1982-ci ildə Ç.İldrim adına Azərbaycan Politexnik İnstitutunda müsabiqədənkənar yolla imtahan verərək təhsil almaq üçün Y.Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakultəsinə göndərilib. 1983-cü ildə həmin instituta  qəbul olunub, 1988-ci ildə həmin institutu bitirərək  mühəndis-mexanik ixtisasına yiyələnib.

1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə  Azərbaycan Texnologiya İnstitutunun elmi-tədqiqat şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Üç ildən sonra Azərbaycan Təhsil Nazirliyi tərəfindən Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun məqsədli aspiranturasına göndərilib və 1994-cü ilin sentyabrında  “Çarpaz sarınan bağlamaların strukturlarına effektli nəzarət üsulu yaratmaq məqsədi ilə onların əmələgəlmə proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1994-1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Əmək fəaliyyətinin təhlükəsizliyi” kafedrasında saat hesabı müəllim kimi çalışıb.

1998-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya”  kafedrasında assistent, dosent; 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasının dosenti olub.

 

 

*

2001-2004-cü illərdə İqtisad Universitetinin Kommersiya, 2004-2006-cı illərdə isə Texnologiya və dizayn fakültəsində dekan müavini işləyib.

2010-cu ilin sentyabr ayında 05.19.01- “Toxuculuq və yüngül sənaye istehsalının materialşünaslığı” ixtisası üzrə “Toxuculuq bağlamalarının strukturuna və xassələrinə nəzarət metodları və vasitələrinin işlənməsi” mövzusunda doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Hazırda UNEC-in “Standartlaşdırma və sertifikasiya” kafedrasının professorudur.

112 elmi əsərin, o cümlədən 1 ixtiranın, 2 monoqrafiyanın, 6 patentin, 3 dərs vəsaitinin, 17 tədris proqramının, 83 elmi məqalənin müəllifidir. Məqalələrinin əksəriyyəti İvanova, Kostroma, Tambov, Voloqda, Daşkənd, Tiflis və Bakı şəhərlərində çap olunub. Elmi tədqiqatların nəticələri Azərbaycan Respublikasının Gəncə və  Rusiya Federasiyasının  Kostroma şəhərində tətbiq olunub.

Ailəlidir, üç övladı var.

nobel_9459DSC_0092samil_8861 - копияmamedali_4685