tex.e.d., prof. Vəliyev Fazil Əli oğlu

1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1972-ci ildə Daşkənd Toxuculuq və yüngül sənaye institutunu mühəndis mexanik ixtisası üzrə bitirmişdir.

1972-1976-cı illərdə həmin institutun”Hesablama və tətbiqi mexanika” kafedrasında laboratoriya müdiri çalışmışdır. 1976-1979-cu illərdə Daşkənd mexanika institutunun aspiranturasında əyani oxumuşdur. 1981-ci ildə Konstroma texnoloji institutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülmüşdür.

1989-1991-ci illərdə Daşkənd Tekstil və yüngül sənaye institutunun “Hesablama və təbiqi mexanika” kafedrasında assistent, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1981-1986-ci illərdə Daşkənd Dövlət Universitetinin riyaziyyat fakültəsinin axşam şöbəsini birtirmişdir.

 

 

*

1991-1993-cü illərdə Moskva Dövlət Tekstil Akademiyasının doktranturasında əyani şöbədə oxumuş və 1993-cü ildə vaxtından əvvəl doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini almışdır.

1993-2007-ci illərdə Daşkənd Tekstil və yüngül sənaye institunun “Toxuculuq və trikotaj istehsalı” kafedrasında dosent, professor vəzifələrində işləmişdir.

2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının professorudur.

Respublikada və xaricdə nəşr edilən 80-dən artıq elmi-metodik məqalənin, o cümlədən 7 dərslik, 4 metodik göstəriş, 16 fənn proqramı və 5 patentin müəllifidir.

Ailəlidir, bir qızı var.