sadiq

 tex.e.n., b/m. Qurbanov Sadıq Haqverdi oğlu

12 iyul 1972-ci ildə  Naxçıvan MR Şərur rayonu Ələkli kəndində anadan olub.

Təhsil:

1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;

1989-1994-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsini;

1997-2001-ci illərdə ikinci ixtisasüzrə BDU-nun hüquq fakültəsini;

2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

2006-ci ildən texnika elmlər namizədidir. 2 kitab (Əmək Məcəlləsinin  Kommentariyası, Əmək Məcəlləsinin Elmi-Praktiki Kommentariyası) həmmüəllif, 20-dən çox elmi məqalələri var.

Əmək fəaliyyəti: 

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis;

2001-ci ildən ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında müəllim-dosent;

2000-2006-ci illərdə  YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalar arası əlaqələr üzrə baş referent;

2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri;

**

2010-cu idən  Az.NQSI HI RK–nın sədr müavini,  AHİK-in məclis üzvü;

2020-ci ildən 6-cı çağrış Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.

SOCAR Həmkarlar İttifaqında çalışır. UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının  dosentidir.

Evli, üç övladı var.

Siyası fəaliyyəti: 

Siyasi  fəaliyyətə 1992-ci ildə ümmummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını məhdudlaşdıran konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinə etiraz olaraq başlamış.

1993-cü il 13 fevral tarixindən Yeni Azərbaycan Partiyasının sıralarındadır.

YAP-nın Gənclər Təşkilatının təşkilat komitəsinin ilk sədri olmub.

2000-ci ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərində YAP-ın proporsional siyahısında təmsil olunub.

2005-ci ildə YAP tərəfindən Xətai rayonu 34 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

2020-ci ildə YAP tərəfindən Şabran-Siyəzən  rayonu üzrə 54 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb, hal-hazırda həmin dairə üzrə deputatdır.

Ən böyük mükafatı ümummilli lider Heydər Əliyevin, cənab  İlham Əliyevin də iştirak etdiyi YAP-nın İdarə Heyətinin toplantısında ona siyasi fəaliyyətilə bağlı təşəkkür etməsi olmuşdur.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI