iqt_inf_rufat33tex.e.n., dos. Gülməmmədov Rüfət Həsən oğlu

8 yanvar 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Qarabağlar kəndində anadan olmuşdur.

1980-1985-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.1985-ci ildən Təbii Ehtiyatların Kosmik Tədqiqatlar Elmi-tədqiqat İnstitutunda mütəxəssis kimi işə başlayıb.

1989-1993-cü illərdə həmin İnstitutda «Məsafədən aero-kosmik tədqiqat» ixtisası üzrə qiyabi aspiranturada təhsil almışdır.

1997-ci ildə «Çoxölçülü panoram verilənlərin təhlili əsasında yerüstü obyektlərin sinifləşməsi və adlanlırılması üçün effektiv metod və alqoritimlərin işlənməsi» namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

 

 

*
1994-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində saat hesabı ilə dərs demişdir.

2000-ci il sentyabrın 1-dən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir.

2001-ci ildə «İqtisadi informatika və AİS» kafedrasında baş müəllim;
2002-ci ildən «Dünya iqtisadiyyatında informasiya texnologiyaları» kafedrasında baş müəllim, dosent vəzifələrində çalışıb.
2001-ci ildə yaradılmış «İqtisadi informatika» elmi-tədqiqat laboratoriyasının rəhbəri;
AR Rabitə və İnformasiya Nazirliyində şöbə müdiri vəzifələrində işləmişdir.

20-yə yaxın məqalə və tezisləri çapdan çıxmışdır. «Fərdi elektron hesablama maşınlarında tədris təcrübəsi», «İqtisadi informasiyanın işlənməsinin kompüter texnologiyaları» və «Beynəlxalq iqtisadi münasibətlərdə informasiya sistemləri» fənləri üzrə bakalavrlar üçün tədris proqramlarının müəlliflərindən biridir.