Thomson Reuters: “UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”

09 MART 2018 | VIEWS:
1822

DSC_9769Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti “Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub.

Görüşdə UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu vurğulanaraq, konfransın materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, “Thomson Reuters”lə UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxaq konfransın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də yenidən bir araya gətirəcək.

UNEC-in beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artıdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini bildirib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq, Elmmetrik Məktəbin məhz burada yaradılmasının vacibliyini qeyd edib.

1823 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna