Türk dünyası işlətmə fakültəsində “Məzun Günü” keçirilib

03 İYUN 2016 | VIEWS:
3142

İyunun 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası işlətmə fakültəsində “Məzun Günü” keçirilib. “Məzun günü”ndə professor və müəllim heyəti, iş adamları, tələbə və valideynlər iştirak edib.

Tədbir Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayıb. UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova Türk dünyası işlətmə fakültəsinin məzunlarını təbrik edərək, onlara universitetin rektoru, professor Ədalət Muradovun təbrikini çatdırıb.

Fakültə dekanı Ferrux Tuzcuoğlu may ayı üzrə differensial əməkhaqqı sisteminin fakültə və müəllimlərin reytinqində Türk dünyası işlətmə fakültəsinin liderlik etdiyini iştirakçıların diqqətinə çatdırıb: Bu, bir daha sübut edir ki, bizim yüksək biliyə və təcrübəyə malik pedaqoji kadrlarımız var. Bu heyət sayəsində biz bu gün savadlı, təcrübəli məzunlar yola salırıq.

“Məzun Günü”ndə millət vəkili Qənirə Paşayeva, türk iş adamları çıxış edərək məzunları təbrik edib, onlara iş həyatlarında uğurlar arzulayıblar.

Sonra məzunlara “simvolik diplomlar” təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 2015/2016-cı tədris ili üçün Türk dünyası işlətmə fakültəsindən 110 tələbə məzun olur.

3143 1