UNEC alimləri beynəlxalq konfransda

17 MAY 2017 | VIEWS:
1926

UNEC alimləri Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Balkan Universitetində təşkil edilən Sosial və Humanitar elmlər üzrə II beynəlxalq konfransda (IBU -İCSSH 2017) iştirak ediblər.

“Marketinq” kafedrasının dosenti Leyla Hacıyeva və “Müəssisənin iqtisadiyyatı” kafedrasının dosenti Lalə Həmidova on beşə yaxın ölkənin alim və tədqiqatçılarının qatıldığı “Dünyanı dəyişək: imkanlar, vəzifələr, məsuliyyətlər” şüarı altında keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər.

L.Hacıyeva “Azərbaycanda gənc turizm seqmentinin marketinq tədqiqatları”, L.Həmidova isə “Azərbaycan sənayesinin diversifikasiyası: inkişafın əsas tələbləri və istiqamətləri” mövzuları üzrə məruzə ediblər. UNEC alimlərinin çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr aparılıb. Konfrans çərçivəsində Makedoniya, Türkiyə, Portuqaliya, Serbiya, Rusiya, Almaniya, Horvatiyadan olan həmkarları ilə səmərəli görüşlər keçirilib və gələcəkdə UNEC-lə birgə araşdırmaların aparılması sahələri müəyyən edilib.

Konfransın sonunda UNEC alimlərinə sertifikatlar təqdim olunub.

1927 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno