UNEC-də Bayraq gününə həsr olunan tədbir keçirilib

06 NOYABR 2015 | OXUNUB:
1508

Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə tələbələr vətənə, bayrağa həsr olunan şeirlər səsləndirib və mahnılar ifa ediblər.

1509 1