“UNEC-də bir günlük tələbə olmaqla seçəcəyimiz ixtisası müəyyən etdik”

27 NOYABR 2017 | OXUNUB:
510

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

UNEC-in ötən həftəki bir günlük tələbələri 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Gülay Qəmərli və Əli Ömərli olub. Təhsil Kompleksinin ikinci ixtisas qrupu üzrə 10-cu sinfində təhsil alan şagirdlər UNEC-də ingilis dilində tədris olunan dərsləri dinləmək istədiklərini bildiriblər. Öncə şagirdlərə şərti tələbə biletləri təqdim edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin tyutoru onlara ixtisas və fənlər barədə ətraflı məlumat verdikdən sonra bir günlük tələbələr ingilis dilində mühasibat uçotu fənnini dinləyiblər. Dərsdən sonra Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri şagirdləri maraqlandıran sualları cavablandırıblar. Bir günlük tələbələr universitetin kitabxanası ilə də tanış olublar.

UNEC-dən müsbət təəssüratlarla ayrılan məktəblilər “UNEC-də bir gün” layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər. İxtisas seçimi ilə bağlı tərəddüdləri olduğunu bildirən şagirdlər bir günlük tələbə olmaqla onları narahat edən bütün suallara cavab tapdıqlarını, hətta artıq seçəcəkləri ixtisası müəyyən etdiklərini bildiriblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

511 1