UNEC-də “Gənc Biznesmenlər Klubu” yaradılıb

14 APREL 2017 | VIEWS:
3233

UNEC-də “Gənc Biznesmenlər Klubu” yaradılıb.

UNEC-in Rus İqtisadiyyat Məktəbində yaradılan klubun məqsədi tələbələrin tanınmış biznesmenlərlə mütəmadi görüşlərini təşkil etmək, onların təcrübələrindən faydalanmaqdır. Klubun fəaliyyəti əsasən marketinq, menecment və biznes ixtisaslarında təhsil alan tələbələri əhatə edəcək.

Klubun ilk görüşü biznesmen, özündə “Viva”, “Cafe-City”, “Maxi.az”, “İnteqral” kimi brendləri birləşdirən OMG şirkətlər qrupunun yaradıcısı Orxan Mastanovla olub. İqtisad Universitetinin məzunu olan, sonra təhsilini və biznes fəaliyyətini Rusiyada davam edən uğurlu iş adamı O.Mastanov UNEC tələbələrinə öz tələbəlik xatirələrini danışıb. Bu gün UNEC-in tələbələrə yaratdığı dünya təhsiıl sistemindən faydalanmaq imkanını yüksək qiymətləndirib.

Sonra gənc biznesmen UNEC tələbələrinə “Biznes – peşədir, yoxsa…” adlı ustad dərsi keçib. O, biznes fəaliyyətini tələbələrə maraqlı, interaktiv formata nümayiş etdirib. UNEC məzunu tələbələrə öz tövsiyələrini verib. Onların suallarını cavablandırıb.

3234 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna