UNEC-də interaktiv rus dili dərsi

14 NOYABR 2017 | OXUNUB:
208

UNEC-də innovativ tədris metodlarının tətbiqi uğurla davam edir.

İqtisadiyyat fakültəsində interaktiv metodlara əsaslanan rus dili dərsi bu dəfə teatrda təşkil olunub. Tələbələr S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Xalam Bundu” tamaşasını izləyiblər. Tamaşadan sonra tələbələr arasında tamaşanın müzakirəsi keçirilib.

“Rus dili” kafedrasının təşkil etdiyi müzakirədə kafedra müdiri, dosent Gülnarə Rzayeva bildirib ki, tələbələrə rus dilinin interaktiv üsulla tədrisinin məqsədi onların xarici dil baryerlərini aradan qaldırmaq və fənnin tədrisinin keyfiyyətinin yüksəldilməsidir. Bu metod tələbələrin rus dilini əyani surətdə öyrənmələrinə səbəb olmaqla yanaşı, onların dünya görüşlərini artırır və müzakirə mədəniyyətlərini inkişaf etdirir.

Tamaşada və müzakirələrdə fakültə dekanı, dosent Asiman Quliyev, “Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva və digər müəllimlər iştirak ediblər.

209 2