UNEC-də seminar: “Danışan əllər”

26 FEVRAL 2018 | OXUNUB:
310

UNEC-də “Danışan əllər” adlı maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi eşitmə və danışma məhdudiyyətli şəxslərə işarət dilinin öyrədilməsi, onlarla davranış qaydası, məhdudiyyətsiz mədəniyyətə yiyələnmək, işarət dilinin tarixi və mahiyyəti haqqında məlumat vermək olub.

Seminarda peşəkar mütəxəssis Turan Məmmədli UNEC-in tələbələrinə işarət dilində ünsiyyətə dair hərəkətləri izah edib. Maraqlı, interaktiv şəkildə keçirilən seminarda iştirakçıların sualları cavablandırılıb. Sonda “Həyat eyni dili danışanda gözəldir” şüarı  altında xatirə videosu çəkilib.

Təlim UNEC-in Karyera MərkəziƏlilliyi olan Tələbələr üçün Mərkəz və SABAH Qrupunun tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Günay Bayramovanın təşkilatçılığı ilə həyata keçirilib.

311 1