UNEC-də seminar: “Horizon 2020”

06 İYUN 2016 | VIEWS:
1799

İyunun 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Avropa Birliyi Horizon 2020 proqramı 2016-2017-ci ilin Sosial-İqtisadi layihələrinə baxış” mövzusunda seminar keçirilib. Seminar UNEC ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşəbbüsü ilə təşkil edilib. Seminarda “Horizon 2020” proqramının istiqamətlərinə uyğun olaraq, 8 tanınmış ekspert və “Horizon 2020” proqramın milli təmsilçiləri iştirak ediblər.

UNEC-in Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov “Horizon-2020 Sosial-İqtisadi və Humanitar Elmlər  Proqramlarında (SSH) tədqiqatçıların iştirak imkanları” adlı təqdimatla çıxış edib. Məlumatlandırmadan sonra seminar 6 panel üzrə müzakirələrlə davam edib.

Müzakirələrdə əsasən elm, informasiya və kommunikasiya texnologiyaları, ərzaq təhlükəsizliyi, davamlı kənd və meşə təsərrüfatı, təmiz və səmərəli energetika, inkluziv, innovativ və reflektiv cəmiyyətlər, ətraf mühit, nəqliyyat mövzularına toxunulub.

1800 1