UNEC-də seminar: Peşəkarlığa addım-addım

13 OKTYABR 2016 | OXUNUB:
951

Oktyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərsun” Holdinq və Azərbaycan Sənaye Sığorta ASC-nin münayəndələri tələbələrə seminar keçib. Seminar UNEC-in Karyera Mərkəzinin və Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə baş tutub.

Seminarda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev “Azərsun” Holdinqlə UNEC arasında olan əməkdaşlığın əhəmiyyətindın danışıb. Bildirib ki, tanınmış şirkətin struktur rəhbərləri və nümayəndələri mütəmadi olaraq UNEC tələbələri ilə öz təcrübələrini paylaşır, seminarlar təşkil edirlər.

“Azərsun” Holdinqin İşəqəbul şöbəsinin müdiri Elçin Əzimli tələbələrə “Peşəkarlığa addım-addım” mövzusunda seminar keçib. Bildirib ki, müasir iş dünyasının tələblərinə cavab vermək üçün tələbələr nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnməlidir. O qeyd edib ki, işəqəbul prosesində gənclərin sosial bacarığına, şəxsi inkişafına xüsusi önəm verilir. Şirkət nümayəndəsi tələbələrə  müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verib. Savadlı və bacarıqlı gənclərə hər zaman əmək bazarında tələbat olduğunu vurğulayan E.Əzimli “Azərsun” Holdinqdə UNEC məzunlarının üstünlük təşkil etdiyini bildirib.

Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin maliyyə məsələləri üzrə müavini Rəşad Məmmədov tələbələrə düzgün CV yazma üsulları, ixtisaslar üzrə təcrübə və sertifikatlaşdırma proqramları, bu sahə üzrə karyera qurulmasının xüsusiyyətləri haqqında məlumat verib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

952 1