UNEC-də tədris vəsaitlərinə nəşr hüququnun verilməsi beynəlxalq standartlara uyğun qaydada tənzimlənir

01 İYUN 2016 | VIEWS:
1674

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi-Metodik Şuranın iclası keçirilib. İclas Azərbaycan Respublikası Təhsil Nazirinin 08.12.2015-ci il tarixli 1108 saylı əmri “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” və UNEC rektorunun 28 yanvar 2016-cı il tarixli 10/1/2016 saylı əmrlərinin ətraflı izahı mövzusuna həsr edilib.

İclasda UNEC rektorunun “Tədris vəsaitlərinə nəşr hüququnun verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmri rəhbər tutularaq, Elm şöbəsi tərəfindən nəşrin standartları, tədris vəsaitinin əlyazması üçün tövsiyə olunan rəy forması və qrif üçün təqdim edilən Xidməti məktubun nümunəsi müzakirəyə çıxarılıb. Kafedra müdirləri və dekanların iştirak etdiyi iclasda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov məruzə ilə çıxış edib. Bildirib ki, təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar və dərsliklərə nəşr hüququnun (qrif) verilməsi üçün tədris vəsaitinin əlyazması müəllifin (müəlliflər kollektivinin) ərizəsi ilə birlikdə UNEC-in Elm şöbəsinə təqdim edilməlidir. Şöbədə sənədlər araşdırdıqdan sonra Tədris-Metodiki Şuranın sədrinin dərkənarı ilə şuranın tərkibində yaradılan müvafiq komissiyalara göndərilir. Komissiyanın rəyi müsbət olduqda tədris vəsaitinin əlyazması müşayiətedici sənədlərlə birlikdə şuranın katibliyinə göndəriləcək. Şurada tədris vəsaitlərinin nəşr olunması haqqında qərar qəbul edildikdən sonra tədris vəsaitinin əlyazması müşayiətedici sənədlərlə birlikdə Təhsil Nazirliyinə təqdim ediləcək. Tədris vəsaitlərinin əlyazması fərdi qaydada Təhsil Nazirliyinə təqdim olunduqda Tədris-Metodiki Şura tərəfindən verilməli olan müvafiq sənədlər tələb olunmayacaq.

Z.Məmmədov bildirib ki, əlyazma üçün verilən rəylərin təhlilləri bu sahədə vahid yazılış qaydasının mövcüd olmadığını göstərir. Rektorun göstərişi ilə, Elm şöbəsi tərəfindən “Tədris vəsaitin əlyazması üçün təqdim olunan rəy forması” hazırlanıb.

 

1675 4