UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemində yeniliklər

26 OKTYABR 2016 | VIEWS:
3086

Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) tətbiq olunan differensial əmək haqqı sisteminə dəyişiklik və əlavələr edilib. Sistemin daha da təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər Differensial Əmək Haqqı Komissiyasının bir illik təcrübəsinə və professor-müəllim heyətindən gələn təkliflərə əsaslanaraq aparılıb. Dəyişiklik və əlavələr iki istiqaməti əhatə edir. Birinci istiqamət qaydalarda redaktə xarakterli, dəqiqləşdirici və izahedici dəyişikliklərdən ibarətdir. İkinci istiqamət isə konkret yenilikləri özündə əks etdirir.

2016-2017-ci tədris ilində UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemilə bağlı qaydalarda edilən yeniliklər aşağıdakılardan ibarətdir:

  • Həmmüəllif elmi məqalələrdə ümumi bal müəlliflər arasında bərabər bölünür. Thomson Reuters indeksli və Scopus indeksli jurnallarda nəşr edilən məqalələr istisna təşkil edir.
  • Həmmüəllif elmi kitablarda ümumi bal müəlliflər arasında bərabər bölünür. Beynəlxalq nüfuzlu nəşriyyatlar tərəfindən nəşr edilmiş kitablar istisna təşkil edir.
  • Tədris-metodiki vəsaitlər sırasına “dünya universitetlərində tədris edilən məşhur dərsliklərin tərcüməsi” əlavə edilir.
  • Tədris-metodiki vəsaitlər  üzrə ümumi bal müəlliflər arasında bərabər bölünür.
  • Tədris-metodiki vəsaitlər hissəsindən “yeni sillabusların hazırlanması” çıxarılır.
  • Hər müəllim bir elmi tədbir üzrə yalnız bir fəaliyyətini sistemə daxil edilə bilər.
  • Hər hansı bir indeksə daxil olmayan jurnallarda MDB məkanında yalnız Ali Attestasiya Komissiyalarının siyahıları əsas götürülür. Digər dövlətlər üzrə isə universitetlər, dövlət qurumları və beynəlxalq təşkilatların elmi jurnalları əsas götürülür.
  • İxtisasa uyğun seminar və treninqlərdə təlimi təşkil edən tərəflərdən ən azı birinin ali təhsil müəssisəsi, dövlət qurumu və beynəlxalq təşkilat olması tələb olunur.
  • Elmi tədbirlərdə tədbiri təşkil edən tərəflərdən ən azı birinin ali təhsil müəssisəsi, dövlət qurumu və beynəlxalq təşkilat olması tələb olunur.
  • Elmi jurnallar üzrə fəaliyyətlərin təsdiqedici sənədi kimi, bir qayda olaraq, həmin jurnalların internet saytları qəbul edilir. Bu zaman müəlliflər saytların müvafiq linklərini sistemə daxil etməyə borcludurlar. İnternet səhifələri olmayan jurnallar üzrə isə onların müvafiq hissələrinin surətlərinin çıxarılaraq sistemə yüklənməsi tələb olunur.
  • Müəlliflər məlumatları sistemə daxil edərkən digər təsdiqedici internet linklərini (məs. Jurnalın hər hansı indeksdə olmasını təsdiq edən link) də sistemə daxil etməyə borcludurlar. Əks halda daxil edilən məlumatlar etibarsız sayılacaqdır.
  • Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə Daimi Komissiya üzvlərinin müəllim kimi differensial əmək haqqı sisteminə daxil etdikləri məlumatların ekspertizasını təşkil etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb:
    Sədr:
    – prof. Ədalət Cəlal oğlu Muradov – UNEC rektoru
    Sədr müavini:
    – prof. Sakit Məmədi oğlu Yaqubov – Elm və innovasiya mərkəzinin direktoru
    Üzvlər:
    – dos. Rəna Fikrət qızı Babayeva – “Fizika və kimya” kafedrasının professoru
    – prof. Ümidvar Qənbər oğlu Əliyev – “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri
    Komissiyanın katibi:
    – Ramil Şahin oğlu Cabbarov – rektorun köməkçisi.

Hazırda differensial əmək haqqı sistemi ilə bağlı proqram təminatında müvafiq dəyişikliklər aparılır. Yaxın zamanda proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra professor-müəllim heyəti sistemə elmi-pedaqoji fəaliyyətlərilə bağlı məlumatlarını daxil edə biləcəklər.

3087 4
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna