UNEC-də “Web of Science” sertifikasiya proqramı üzrə təlimlərə start veriləcək

09 İYUN 2016 | OXUNUB:
932

İyunun 8-də “Thomson Reuters” şirkətinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə Elmi tədqiqatlar və intellektual  mülkiyyət Departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Qriqoryeviç Boqorov ilə “Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə UNEC-də “Web of Science” proqramı çərçivəsində təlimlərin keçirilməsini təklif ediblər. Təlimlərin məqsədi “Thomson Reuters”in informasiya resurslarından istifadə, UNEC-də bu sahədə mütəxəssislərin hazırlanması və professor-müəllim heyətini beynəlxalq elm ictimaiyyətinə təqdim etmək və xaricdə tanınmasına dəstək olmaqdır.

Müzakirə mövzularından biri də proqram çərçivəsində UNEC-də “Thomson Reuters”in nümayəndəliyinin açılması olub. Bildirilib ki, yaxın zamanlarda UNEC-də “Thomson Reuters”in mütəxəssisləri tərəfindən “Web of Science” sertifikasiya proqramı üzrə təlimlərə başlanılacaq. Z.Məmmədov qonaqlara təlimin keçirilməsi üçün UNEC-in hər cür maddi, material, intellektual və informasiya təminatının mövcud olduğunu bildirib. Bundan əlavə, gələcəkdə razılaşma əsasında UNEC mütəxəssislərinin Moskvada “Thomson Reuters” nümayəndəliyində təlimlərə qatılması da müzakirə edilib.

933 1