UNEC-də yeni tədqiqat mərkəzləri yaradıldı

13 MART 2019 | VIEWS:
1669

UNEC_210918Tədqiqatyönümlü universitet olmağı hədəfləyən UNEC-də Aziz Sancar adına “Qida təhlükəsizliyi laboratoriyası”,  “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması  barədə qərar qəbul olunub.

Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktiki araşdırmalar aparılacaq, qida məhsullarının müvafiq standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və s. həyata keçiriləcək.

Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək.

UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. KOB-a dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, KOB-in inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflərin verilməsi nəzərdə tutulub.

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4997-unec-de-yeni-tedgigat-merkezleri-yaradildi”][/a]

1670 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno