UNEC-də yeni təyinat

22 APREL 2016 | VIEWS:
3214

yadulla_8400Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Qeyd: Professor Y.Həsənli Kibernetika İnstitutunda mühəndis-proqramçı, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. AAK tərəfindən 2000-ci  ildə baş elmi işçi, 2005-ci ildə dosent, 2012-ci ildə professor elmi adı verilib. 147 elmi işin, о cümlədən 8 kitabın (onlardan 4-ü monoqrafiya) müəllifidir. Bir monoqrafiyası ingilis dilində Almaniyada dərc olunub. Y.Həsənli 22 illik pedaqoji təcrübəyə malikdir. Bir sıra ali məktəblərdə (BDU, UNEC, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Aviasiya Akademiyası, ATMU, Azərbaycan Universiteti, Avrasiya Universiteti) optimallaşdırma üsulları və iqtisadi təhlil, iqtisadi-riyazi modelləşdirmə, ekonometrika, statistika, sosial-iqtisadi proqnozlaşdırma üsulları, dünya iqtisadiyyatının dinamikası və s. fənlərini tədris edib. Elmi rəhbər olduğu 12 nəfər iqtisad üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

2000-ci ildə Dünya Bankının, 2001-ci ildə Asiya İnkişaf Bankının yerli eksperti olub. 2002-2005-ci illərdə AR Мərkəzi Bankının Monetar siyasət departamentinin elmi məsləhətçisi olub.

3215 1