UNEC dosenti Avropanın nüfuzlu universitetinin professoru seçilib

30 NOYABR 2015 | VIEWS:
2034

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Rövşən Əkbərov İspaniyanın Barselona şəhərində keçirilən İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının X Beynəlxalq konfransında iştirak edib. Dünyanın tanınmış akademikləri, Nobel mükafatçıları tədbirdə “Qloballaşan dünyada elmin problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransda dosent Rövşən Əkbərova “Biznes və Sosial Elmlər Məktəbinin professoru” diplomu verilib. Diplomu Barselonanın Biznes və Sosial Elmlər Məktəbinin (ESERP) rektoru Xose Daniel Barquero təqdim edib. R.Əkbərov bu ada hər iki ali məktəb arasında əlaqələrin genişləndirilməsində xidmətlərinə və Avropanın nüfuzlu elmi jurnallarında sosial-iqtisadi məqalələr dərc etdirdiyinə görə layiq görülüb.

 

2035 1