UNEC əməkdaşları “Tədqiqat metodları” təlimində

25 İYUL 2016 | VIEWS:
2424

Təhsil Nazirliyi və ADA Universiteti “Tədqiqat metodları” adlı təlim təşkil edib. Dörd ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub.

Təlimə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 müəllim və doktorantı da qatılıb. Təlim 2 mərhələdə həyata keçirilib. İlk 3 ay ərzində tədqiqat metodları, strukturu və akademik yazı və sosial tədqiqatların aparılma qaydaları, elmi materialların axtarışı və digər mövzularda təlimlər keçirilib. Yekun imtahan ilə təlimin birinci mərhələsi başa çatıb. İkinci mərhələdə yüksək nəticə göstərən 20 nəfərdən ibarət işçi qrup seçilib. Qrupa 10 gün ərzində yeni təlim metodları və “Tədqiqat üsulları” fənninə dair fənn proqramının hazırlanması barədə əlavə təlim keçirilib. Bunun üçün iştirakçılar ixtisaslar üzrə işçi qruplara bölünüb. Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. UNEC əməkdaşları təlim kursunu uğurla başa vurublar.

Yekun tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, ADA Universitetinin dekanı Vəfa Kazdal, Tədris işləri üzrə prorektor müavini Anar Vəliyev, proqram rəhbəri Səidə Nəbiyevə kursun əhəmiyyəti, prosesin gözlənilən nəticələri barədə çıxış edib, məzunları təbrik ediblər. Sonda iştirakçılar müvafiq sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, “Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.

2425 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno