UNEC-i seçən əcnəbi tələbələrin sayı artıb

08 OKTYABR 2015 | VIEWS:
1040

2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü maqistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.

Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rüsiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Kuveyt və Pakistan vətəndaşlarıdır.

Əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılır. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsi ilə 85 elektron müraciət qəbul olunub. Müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb. Bundan sonra tələblərə cavab verən müraciətçilərlə skype vasitəsi ilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib.

Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.

1041 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno