UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramını uğurla bitirdi

14 OKTYABR 2020 | OXUNUB:
37

LIM_UNEC_20201014UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramından məzun oldu.

UNEC tələbələri ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər UNEC-in təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən onlayn olaraq keçirilib.

4 illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.

http://news.unec.edu.az/xeber/105-telebe/6824-bold-red-unec-in-3-telebesi-london-universiteti-london-igtisadiyyat-mektebinin-beynelxalg-bakalavr-programini-ugurla-bitirdi-bold-red

38 1