Magistrlərin müraciətləri operativ cavablandırılacaq

20 İYUN 2017 | VIEWS:
1451

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində iyun ayının 2-dən magistratura pilləsi üzrə imtahanlara start verilib. İmtahan zamanı yaranan problemlərin operativ həll olunması məqsədilə komissiya yaradılıb.

İmtahanla bağlı şikayət və etirazı olan magistrlər həftənin I-V günü saat 9:00-21-00-dək UNEC-in IV tədris binasında (Abbas Səhhət 45a) 405-ci otağa müraciət edə bilərlər.

Əlaqə: (012) 440-47-42, e-mail: [email protected]

1452 1