UNEC-in dəyərləri

26 SENTYABR 2018 | VIEWS:
1007

UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:

Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.

Akademik etika: UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır. 

Layiqlilik: UNEC akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir. 

Şəffaflıq: UNEC fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir. 

Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır. 

Keyfiyyətlilik: UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır. 

İştirakçılıq: UNEC səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir. 

Fərqliliklərə hörmət: UNEC bütün maraqlı tərəflərin fərqli fikirlərinə hörmətlə yanaşır. 

Cəmiyyət mənafeyini düşünmək: UNEC bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir. 

Ekoloji həssaslıq: UNEC üzvləri dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4191-unec-in-deyerleri “></a>

1008 1