UNEC-in differensial əmək haqqı sistemi ANS-də müzakirə edilib

05 MAY 2016 | VIEWS:
2071

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əməkhaqqı sistemi ANS televiziyasının “Beş barmaq” verilişində müzakirə edilib.

UNEC rektorunun müşaviri Elşən Bağırzadə və Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev sistem haqqında ətraflı məlumat veriblər. UNEC-in intellektual məhsulu olan differensial əməkhaqqı sisteminin tətbiqində əsas məqsədin pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək və bununla da UNEC-də tədrisin keyfiyyətinin artırılmasına xidmət etməkdən ibarət olduğunu bildiriblər. Verilişə dəvət edilən digər ekspertlər də mövzuya öz münasibətlərini bildiriblər.

*

2072 2