UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmi seminar keçirilib

05 MAY 2016 | VIEWS:
1762

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) “Tədiyyə balansının formalaşmasının metodoloji məsələləri” mövzusunda  elmi seminar keçirilib.

Seminarda İAETİ-nin böyük elmi işçisi Rauf Mikayılzadə təqdimatla çıxış edib. R.Mikayılzadə xarici iqtisadi əlaqələri əks etdirən makroiqtisadi göstəricilər sistemi, normativ və metodoloji baza, informasiya mənbələri haqqında geniş məlumat verib. Tədiyyə balansının formalaşması, onun əsas göstəriciləri, bu göstəricilərin ikili yazılış sistemi və əməliyyatların xüsusi yazılış sistemi haqqında ətraflı danışıb.

Seminarda iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

1763 1