UNEC-in professoru Sankt-Peterburq Dövlət İqtisad Universitetinin yubileyində

03 DEKABR 2015 | OXUNUB:
1084

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov Rusiyanın nüfuzlu ali və orta təhsil məktəblərində olub.

UNEC-in professoru Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetində keçirilənII Beynəlxalq Forumda “İtirilmiş iqtisadi yüksəliş axtarışında” mövzusunda çıxış edib. Həmçinin Nobel mükafatçısı, Harvard Universitetinin professoru Elvin Eliota Rotanın açıq mühazirəsinin müzakirələrinə qatılıb.

Forum çərçivəsində “Müasir pul kredit siyasəti: əyləc və ya akselerator”mövzusuna həsr olunanelmi konfransda professor Z.Məmmədovun “Azərbaycanda maliyyə stabilliyi problemlərinin təminatı” adlı məruzəsi təqdim olunub.

Rusiyaya səfər çərçivəsində professorZ.Məmmədov Moskva şəhərində K.Ə.Kərimov adına Gimnaziyanın himayəçilər şurasının dəvəti ilə yuxarı sinif şagirdləri ilə görüşüb. OnlaraUNEC haqqında ətraflı məlumat verib, tətbiq olunan yeniliklərdən və buradakı təhsilin üstünlüklərindən danışıb. Professor şagirdlərin universitetlə bağlı suallarını cavablandırıb.

Gimnaziyadan bildirilib ki, yeni tədris ilində 50-yə yaxın şagirdin UNEC-ə qəbul olunması gözlənilir.

Professor Z.Məmmədov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubileyimünasibətilətəşkil olunaniqtisadi konqresdə iştirak edib. Konqresdə Rusiyanın dövlət qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Z.Məmmədovun “Maliyyə böhranı fonunda alltenativ maliyyə institutlarının fəaliyyətində yeni meyllər və perspektivlər” mövzusunda məqaləsi Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubileyi çərçivəsində hazırlanan “XXI əsrin bankları və maliyyə bazarları – inkişaf potensialı”adlı elmi nəşrə daxil edilib.

Universitetin rektoru, professor İ.A.Maksimsev yubiley münasibətilə rəsmi qəbul təşkil edib. Avropanın nüfuzlu universitetlərinin rektorlarının dəvət olunduğu tədbirdə professor Z.Məmmədov UNEC-in rektoru, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib.

Rektor İ.A.Maksimsev göstərdiyi aktiv iştiraka  və diqqətə görə UNEC-in rektoruna təşəkkür məktubu göndərib.

1085 2