Elxan Hüseynzadə 1997-ci il iyulun 9-da Masallıda anadan olub. Orta təhsilini Bakı şəhərində 212 saylı məktəbdə alıb. 2014-cü ildə UNEC-in Biznes və Menecment fakültəsinə daxil olub. Hazırda menecment ixtisası üzrə təhsil alır.
Uşaqlıq dövründən idmanın üzgüçülük və basketbol növü ilə həvəskar məşğul olan Elxan sonralar modellik sənətinə daha çox maraq göstərib. Modellik sahəsi üzrə Türkiyədə ali təhsil alan Elxan 2015-ci ildən professional model kimi çıxış edir. Dəfələrlə Türkiyədə keçirilən moda dəfilələrinin, “Azərbaycan Fashion Week”in iştirakçısı olub.
Bu il isə Elxan model sahəsi üzrə daha böyük uğura imza ataraq “Best Model of Azerbaijan 2017” yarışmasının qalibi olub. O, Fransada keçirilən “Best model of the World” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Bu günlərdə Parisdə keçiriləcək müsabiqədə Elxan Azərbaycanı 56 ölkə arasında təmsil edəcək.
Elxan modellik sahəsinin bütün çəkinliklərinə (idman, ciddi qida rejimi) baxmayaraq, menecment ixtisası ilə paralel olaraq bu sənəti də davam etdirməyi düşünür.
UNEC tələbəsinə “Best model of World” yarışmasında uğurlar arzulayırıq!
UNEC istedadları
Sərxan Cəfərov “UNEC istedadları” – şair və rəssam (24.11.2017)
Elnur Musayev “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov “UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – “UNEC istedadları” – tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)